Mərkəzi oyunu “Karvan” qazandı

Bu gün Azərbaycan I Liqasında V tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Karvan” azarkeşləri önündə “İmişli”ni məğlub edib.

“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda isə qalib müəyyənləşməyib.

Azərbaycan I Liqası
V tur

16 oktyabr

Karvan – İmişli 3:2
Qollar: B.Teymurov, 1, M.Ələkbərov, 80, R.Hüseynov, 89 – E.Rəhimzadə, 46, P.Alves, 68
Qırmızı vərəqə: İ.İnqilablı, 90 (“İmişli”)

Qaradağ Lökbatan – Mingəçevir 0:0