Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarını izləyən azarkeş sayları məlum olub.
Futbolpress.az xəbər verir ki, ən aşağı göstərici Mərdəkanda qeydə alınıb. “Araz-Naxçıvan”ın “Mingəçevir”i məğlub etdiyi matçda tribunalarda 30 tamaşaçı yer alıb.
Ən yüksək göstərici isə Tovuzda qeydə alınıb. “Turan Tovuz” – “Sabah” matçında 3000 tamaşaçı olub.
Kubokun 1/8 final mərhələsini izləyən azarkeş sayı
Qaradağ Lökbatan – Səbail 0:2 (50 tamaşaçı)
Araz-Naxçıvan – Mingəçevir 3:1 (30 tamaşaçı)
Turan Tovuz – Sabah 2:2 (3000 tamaşaçı)
Qəbələ – Qarabağ 0:2 (800 tamaşaçı)
Kəpəz – İmişli 1:0 (60 tamaşaçı)
Neftçi – Difai 6:0 (300 tamaşaçı)
Zirə – Şamaxı 3:1 (400 tamaşaçı)
Sumqayıt – MOİK 3:1 (400 tamaşaçı).