Mərc oyunlarında iştirak etdiyi üçün futboldan 10 aylıq diskvalifikasiya edilən “Nyukasl”ın futbolçusu Sandro Tonali avqustun 28-dən meydanlara qayıda biləcək.
Futbolpress.az xəbər verir ki, bu barədə “sağsağanlar”ın mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi yeni mövsümdə artıq oyunlara çıxa biləcək.
Tonali sonuncu dəfə ötən ilin oktyabrında meydana çıxıb.