Argentina millisinin hücumçusu Lionel Messi açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 36 yaşlı hücumçu hazırda davam Amerika Kubokunun onun üçünü sonuncu olacağını deyib:
“Amerika Kuboku çətin keçir. İndi komandalar hamısı güclənib və matçlar ağır olur. Mənim üçün sonuncu Amerika Kubokudur. Son dünya çempionatında oynadığım komanda yoldaşlarım – Nikolas Otamendi, Anxel Di Mariya milli karyerasını bitirir. Onlarla son oyunlardan həzz almağa çalışırıq”.
Argentina yığması Amerika Kubokunun finalında Kolumbiya ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.