Məmmədov: “Fasilədən sonra komandada oyundan-oyuna artım var”

Azərbaycan Kubokunun 1/4 finalında baş tutan “Səbail” – “Qarabağ” (0:1) arasındakı ilk matçdan sonra meydan sahibi komandanın məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini böülüşüb:

– Komandamı apardığı mübarizəyə görə təbrik edirəm. Çünki “Qarabağ” həm Azərbaycanda, həm də Avropada sözünü demiş komandadır. Xüsusən də ikinci yarıdakı mübarizəmiz xoşuma gəldi. Bu matçı unudub, 4 gün sonra “Qarabağ”a qarşı çempionat oyununa hazırlaşacayıq.

– “Səbail” qış fasiləsindən sonda yaxşı oyun sərgiləyir. Komandanın daha da irəli getməsi üçün nə çatmır?
– Fasilədən sonra komandada oyundan-oyuna artım var. Çatışmayan cəhətlər var. Baş məşqçi Cavid Hüseynov da bunu qabarıq formada bilir. Əlimizdən gəldiyi qədər köklənib, çempionatda daha yaxşı mübarizə aparmalıyıq. Bu gün isə “Qarabağ”a qarşı layiqli oyun sərgilədik.

Mirkamal Kazım