Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov “Birbaşa”nın Çempionlar Liqasının qalibi olması haqda paylaşım edib.
Futbolpress.az xəbər verir ki, federasiya rəhbəri “X” hesabında bunları yazıb:
“Avropa çempionları! Bakının ‘Birbaşa’ komandası Çempionlar Liqasının finalında Çexiyanın “Brno’ kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdi. Biz Avropa çempionu olmaqdan qürur duyuruq!”
Təbriklər!!!”