Məmləkətinə gedə bilər

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate PSJ-yə keçə bilər.

Futbolpress.az xəbər verir ki, fransız futbolçu “mersisaydlılar”la gələn ilin yayında başa çatacaq müqaviləsini hələ də uzatmayıb. PSJ cari mövsüm başa çatdıqdan sonra mərkəz müdafiəçisini öz sıralarına cəlb etməyi planlaşdıraraq vəziyyətdən istifadə etməyə hazırdır. Futbolçunun özü karyerasını davam etdirmək üçün bu variantda maraqlıdır. İbrahima Konate Parisdə anadan olub və bunun razılaşma ehtimalını artıracağına inanılır.

Tanınmış “Transfermarkt” portalının ekspertləri 25 yaşlı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir. Müdafiəçi bu mövsüm Arne Slotun komandasında 26 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.