Məsiyev Avropa çempionatının final mərhələsində olacaq

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Futbolpress.az xəbər verir ki, I kateqoriyaya malik Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.