Məşhur pilotun durumu ağırdır

“Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin son durumu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, uzun müddətdir müalicə alan pilotun vəziyyəti çox ağırdır.

Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.