Məşhur oyunçunun evinə bomba atıldı

“Liverpul”un sabiq futbolçusu Yossi Benayunun evinə hücum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Motosikletli bir şəxs keçmiş yarımmüdafiəçinin evinə əl bombası atıb.

Benayun məsələ haqda bunları deyib:

“Bunun səhv olduğunu düşünürəm. İnanıram ki, hədəf evim olmayıb. Əvvəlcə düşünürdüm ki, qaz balonu partlayıb. Ancaq polis gələndən sonra əl bombasının qalıqlarını tapdı”.

İsrail yığmasının sabiq üzvü olan Benayun karyerası ərzində “Liverpul”, “Çelsi” kimi klublarda forma geyinib.