Məşhur məşqçi karyerasını hələ bitirməyib

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv məşqçi karyerasını bitirməyib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib:

“Karyeramı bitirdiyimi deməmişəm. Maraqlı təklif və yaxşı layihə olarsa, dəyərləndirə bilərəm”.

Löv 2006-2021-ci illərdə Almaniya millisinə rəhbərlik edib. O, 2021-ci ildən işsizdir.