Məşhur italiyalı “Napoli”ni çalışdıracaq

“Napoli”nin yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Neapol təmsilçisinə Antonio Konte rəhbərlik edəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Napoli” 52 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalayacaq.

Konte daha əvvəl “Yuventus”, “Atalanta”, “İnter”, “Çelsi”, “Tottenhem” kimi komandalara rəhbərlik edib.