“Milan”ın futbol məsləhətçisi Zlatan İbrahimoviç açıqlama verib.
Futbolpress.az xəbər verir ki, isveçli mütəxəssis komandanın uğursuz çıxışına görə tənqid olunmasına münasibət bildirib:
“Mən mühafizəçiyəm, “Milan”ı qoruyuram. Məni vursunlar, ikiqat cavab verim. 10 il müharibə vəziyyətində yaşayanda kimsədən qorxmursan”.
“Milan” Çempionlar Liqasında mübarizəni pley-off mərhələsində dayandırıb. Komanda A Seriyasında isə 25 turdan sonra 41 xalla 7-ci sıradadır.