Məkan eyni, rəqəmlər fərqli

Azərbaycan Premyer Liqasında XXVIII turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici “Turan Tovuz” – “Qarabağ” oyununda qeydə alınıb. Tovuz şəhər stadionunda baş tutan görüşü 6500 tamaşaçı tribunadan izləyib.

Bu arenada baş tutan “Kəpəz” – “Səbail” oyununda (1:1) isə 1000 tamaşaçı olub.

Turun oyunlarını izləyən azarkeş sayı:

Turan Tovuz – Qarabağ 1:4 (6500)
Zirə – Şamaxı 3:0 (800)
Neftçi – Araz-Naxçıvan 1:1 (1000)
Sumqayıt – Sabah 3:3 (1000)
Kəpəz – Səbail 1:1 (450)