Lunyovun yeni klubu açıqlandı

“Qarabağ”dan ayrılan Andrey Lunyovun yeni klubu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, qolkiper Moska “Dinamo”suna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lunyovla 2 illik müqavilə imzalanıb.

Lunyov ötən mövsüm “Qarabağ”la 34 oyunda 43 qol buraxıb. Qolkiper 10 matçda isə qapısını toxunulmaz saxlayıb. “Qarabağ” rus qapıçının müddəti bitən müqaviləsini uzatmayıb.