Lunyovun ilk məşqçisi: “Rusiya və Azərbaycan çempionatları fərqlidir”

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovun ilk məşqçisi Dmitriy Qulenko açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “atlılar”dan ayrılan qolkiperin Moskva “Dinamo”suna keçməli olduğunu deyib:

“Dinamo” Lunyov üçün əla seçimdir. Azərbaycan və Rusiya çempionatları fərqlidir. Avrokuboklarda oynamasaq da, güclü çempionatımız var. 40 yaşına kimi rahat oynaya bilər və sağlamlığı da buna imkan verir. Lunyov “Dinamo”ya keçməli və əsas qapıçı olmaq üçün rəqabət aparmalıdır”.

Lunyov ötən mövsüm “Qarabağ”da34 oyunda 43 qol buraxıb. O, 10 matçda isə qapısını toxunulmaz saxlayıb. Rusiya mətbuatı Lunyovun Moskva “Dinamo”su ilə anlaşdığını xəbər verib.