Lunyov üçün “elçi”

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov karyerasını Moskva “Dinamo”sunda davam etdirə bilər.

Futbolpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubunun bu mövsümkü əsas hədəfi Lunyov olacaq.

Lunyovun “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Hazırda onun Ağdam klubundakı gələcəyi qeyri-müəyyəndir.