“Lunyov “Qarabağ”da yaxşı oynadı və avrokuboklarda çıxış etdi”

Moskva “Dinamo”sunun sabiq futbolçusu İqor Kolvanov “Qarabağ”dan ayrılan Andrey Lunyovun komandaya keçidini şərh edib.

Futbolpress.az xəbər verir ki, o, qolkiperin Azərbaycan təmsilçisində yaxşı çıxış etdiyini deyib:

“Lunyov mənimlə “Ufa”da futbola başlayıb. Onun yaxşı texnikasının olduğunu görmüşdüm. Sonra “Zenit”də yaxşı oynadı və milliyə çağırıldı. 

İndi isə “Dinamo”ya gəldi və komanda onunla güclənəcək. Lunyov “Qarabağ”da yaxşı oynadı və avrokuboklarda çıxış etdi. Ümid edirəm ki, o, “Dinamo”nun yenidən zirvələrə qalxmasına kömək edəcək”.

Lunyov ötən mövsümü “Qarabağ”da keçirib. Rus qolkiper “Dinamo” ilə 2+1 illik müqavilə imzalayıb.