Lunyov meneceri ilə əməkdaşlığı dayandırdı

“Qarabağ”ın qapıçısı Andrey Lunyov meneceri Anton Smirnovla əməkdaşlığı dayandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Anton Smirnov özünün teleqram kanalında yazıb.

O qeyd edib ki, rusiyalı qapıçı bu barədə ona səsli mesaj göndərib:

“Mən indicə Andrey Lunyovdan birgə əməkdaşlığımızın dayandırılması ilə bağlı mesaj aldım. Hesab edirəm ki, bu addım çoxdan atılmalı idi. Bu onun qərarıdır. Üç ildən artıq əməkdaşlıq haqqında deyiləsi çox şey var. Hətta düşünürəm ki, bu haqda kitab yaza bilərəm. Bəlkə bir gün bunu edəcəm. Lakin mən səsli mesajdan daha artığına layiq idi. Uğurlar, Andrey!”.