Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” finalından sonra (2:1) “atlılar”ın qapıçısı Andrey Lunyov klubdakı gələcəyi haqda açıqlama verdi.
Futbolpress.az xəbər verir ki, qolkiper yaxın vaxtlarda komandadakı taleyinə aydınlıq gələcəyini bildirdi:
“İcazə verin oyundan həzz alaq, bir neçə gündən sonra bu barədə konkret qərar veriləcək”.
Lunyovun “Qarabağ”la müqaviləsi iyunun sonunda başa çatır. Qolkiperin adı Rusiya klubları ilə hallanır.
Məlik Məlikov