Lunyov böhranı – “Qarabağ”da qalacaq, ya gedəcək?

Bir müddətdir “Qarabağ”ın qapıçısı Lunyovun meneceri açıqlamalarıyla gündəmi əməlli-başlı qarışdırdı.

Gedişat qapıçının onunla yolları ayırmasına səbəb oldu. Bu ayrı məsələ. Qalmaqallı menecer bu dəfə də “Qarabağ” və baş məşqçi Qurban Qurbanovun ünvanına ittihamlarla gündəmə gəlib.

Prosesin gedişatı hara gedir – bu ayrı məsələ, ancaq günün ən aktual məsələlərindən biri qolkiperin “atlılar “la davam edib-etməyəcəyidir.

FutbolPress“a kluba yaxın mənbələrdən daxil olan məlumata görə, Lunyovun buradakı taleyinə iyunun əvvəlində aydınlıq gələcək. Azərbaycan kubokunun final oyununadək (“Qarabağ” – “Zirə”) məsələni qapatmaq qərara alınıb.

Bəs qapıçı qalacaq, yoxsa ayrılacaq?

Mənbənin bildirdiyinə görə, “Qarabağ” Lunyovu saxlamaq istəyir və tərəflər maliyyə məsələsində prinsipial anlaşmaya nail olublar. Ancaq ailəsi qapıçının Moskvaya köçməsini istəyir.

Məsələ ətrafında yeni məlumatları bizdən izləyin…

Kamil Əhməd