“Qarabağ”ın qapıçısı Andrey Lunyev adının “Spartak”la hallanmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, qolkiper “RB Sport”a açıqlamasında məlumatların yalan olduğunu bildirib:
“Spartak”? Bunlar mənasız şayiələrdir. Bu haqda fikir bildirmək istəmirəm”.
Lunyovun “Qarabağ”la müqaviləsi iyunun sonunda başa çatır. Qolkiper ötən mövsüm 32 oyunda iştirak edib.