Moskva “Dinamo”sunda forma geyən “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyev “Zenit”də Roberto Mançininin rəhbərliyi altında oynayarkən, keçirdiyi məşqdən danışıb.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı futbolçu təcrübəli mütəxəssisin məşq prosesini bəyənmədiyini bildirib.
“Mançininin çoxlu taktikası var idi. Bəzən 10-dan 00:00-a qədər məşq olurdu, yəni komanda müqavimətsiz hücum edir, qapıçı isə dayanıb ona atılan topları izləyirdi. Bu mənim xoşuma gəlmir”.
Andrey Lunev 2024/2025 mövsümündə “Dinamo”nun heyətində 16 oyunda iştirak edib. Qapıçı bu görüşlərdə 17 qol buraxıb. “Ağ-göylər” hazırda Rusiya Premyer Liqasında dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Lunyev 2023/24 mövsümündə “Qarabağ”ın heyətində çıxış edib.