Lunin üçün fantastik tələb

“Atletiko” “Real”ın qapıçısı Andrey Lunini transfer etmək istəyir.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” futbolçunu yalnız müqavilədədi sərbəstqalma bəndindən istifadə edərək satmaq niyyətindədir.

Belə olan halda ukraynalı qapıçını transfer  etmək istəyən komanda 250 milyon avro ödəməlidir.

Qolkiperin komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, bu mövsüm 31 oyunda 32 qol buraxıb, 12 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.