“Lunin “Real”da qalacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq qapıçı Andrey Luninin klubdakı gələcəyindən danışıb:

“Lunin “Real”da qalacaq. Ona inanırıq və klubu tərk etməyəcək”.

25 yaşlı qapıçı 2018-ci ildən “Real”da forma geyinir. O, bu mövsüm rəsmi oyuna çıxmayıb.