Lunin “Mançester Yunayted” və PSJ-yə “yox” dedi

“Real”ın qapıçısı Andrey Lunin karyerasına “Real”da davam etməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Qeyd olunub ki, ukraynalı “çərçivə” qoruyucusu “Mançester Yunayted” və PSJ-nin təklifini geri çevirib.

Bildirilir ki, növbəti həftə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Daha əvvəl Luninin mövsümün sonunda “Real”dan ayrılacağı bildirilirdi.