“Real”ın futbolçusu Andrey Lunin klubdakı gələcəyi haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, ukraynalı qolkiper “Marca” nəşrinə açıqlamasında bunları deyib:
“Nə olacağını bilmirəm. İyulun 15-də hazırlığa başlayacam. Komandanın yanında olmaq istəyirəm”.
25 yaşlı qapıçının “Real”la müqaviləsi 2025-ci ilin yayına kimidir. O, 2020-ci ildən “kral klubu”nun formasını geyinir.