“Çelsi”nin hücumçusu Romelu Lukaku yeni mövsümdə də İtaliyada çıxış edə bilər.
Futbolpress.az xəbər verir ki, 2023/24 mövsümünü “Roma”da icarədə keçirən forvard “Napoli” və “Milan”ın maraq dairəsindədir. Bu barədə Canluka Di Marzio məlumat yayıb. Klublar belçikalı hücumçunu icarəyə götürmək istəyir.
31 yaşlı forvard son mövsümdə “Roma”da 47 oyunda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.