“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını İtaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, belçikalı forvard “Napoli” ilə razılığa gəlib. Bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. Lukaku Neapol təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Lukaku ötən mövsüm icarə əsasında “Roma”da forma geyinib. O, 47 oyunda 21 qol vurub.