Lukaku üçün 15 milyon avro ödəməyə hazırdırlar

“Çelsi”nin futbolçusu Romelu Lukaku karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Napoli” belçikalı forvardın transferində maraqlıdır. Bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Neapol klubu 31 yaşlı futbolçu üçün 15 milyon avro ödəməyə hazırdır.

“Zadəganlar” Lukakunu aşağı məbləğ buraxmaq niyyətindədir. Klub oyunçunun sərbəstqalma məbləği olan 38 milyon avronun ödənilməsini istəyir.

Belçikalı forvard özü də “Napoli”də oynamağa müsbət yanaşır. O, komandanın yeni baş məşqçisi Antonio Konte ilə işləmək arzusundadır.

Lukaku son mövsümü İtaliyada “Roma”da keçirib və 47 oyunda 21 qol vurub.