Lukaku İtaliya klubu ilə anlaşdı

“Çelsi”nin futbolçusu Romelu Lukaku karyerasını yenidən İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, belçikalı hücumçu “Napoli” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Keçidin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Lukaku ötən mövsümü “Roma”da icarədə keçirib.