Lukaku 6-cı pilləyə yüksəldi

Belçika yığması UEFA Millətlər Liqasının pley-off mərhələsində Ukraynaya uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yeganə qolunu Romelu Lukaku vurub. Forvard bununla da yığmadakı qollarının sayını 86-ya çatdırıb.

Lukaku milli formada ən çox qol vuran futbolçular siyahısında 6-cı pilləyə yüksəlib. Birinci pillədə isə 135 qolla Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldodur.