Londonlular onun üçün “yarışır”

“Arsenal” və “Çelsi” “Bolonya”nın futbolçusu Rikkardo Kalafiorini transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London təmsilçiləri italiyalının transferində israrcıdır və qısa müddətdə rəsmi danışıqlara başlayacaq.

“Bolonya” gənc oyunçu üçün 50 milyon avro tələb edir.

İtaliya yığması ilə Avro-2024-də mübarizə aparan Kalafiori karyerası boyunca ümumilikdə 129 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə edib.