London klubunun radarında

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” gənc futbolçunun transferində maraqlıdır. “Topçular” ispan futbolçunun transferi üçün 35-40 milyon avro xərcləməyə hazırdır.

21 yaşlı Kasadonun “katalanlar”la sözləşməsi 2028-ci ilin yayına kimidir.