“Çelsi” yayda “Barselona”nın müdafiəçisi Jül Kundenin mümkün transferi üçün hər şeyi etməyə hazırdır.
Futbolpress.az xəbər verir ki, “zadəganlar” fransız futbolçunu rahatlıqla mərkəz və sağ cinah müdafiəçisi kimi oynaya bilən Uilyam Qallas tipli oyunçu kimi görür. London klubu Kundenin “katalanlar” üçün önəmli bir oyunçu olduğunu görməsinə baxmayaraq, bu transferin reallaşmasında qərarlıdırlar. “Çelsi” rəhbərliyi futbolçunun keçidi üçün 100 milyon avro xərcləməyə hazırdır.
Kunde bu mövsüm “Barselona”nın heyətində meydana çıxdığı 38 oyunda 10 qol (3 qol, 7 məhsuldar ötürmə) qatqısı edib ki, bu da onlara 12 qapını təmiz saxlamağa kömək edib.