“Liverpul” və “Mançester Siti”nin sabiq futbolçusu Kreyq Bellami Uels yığmasına rəhbərlik edə bilər.
Futbolpress.az BBC-ya istinadən xəbər verir ki, yerli futbol assosiasiyası mütəxəssislə şəxsi razılığa gəlib. 44 yaşlı Bellami bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Rob Peyci əvəzləyəcək.
Bellami futbolçu kimi “Nyukasl”, “Liverpul”, “Mançester Siti”də forma geyinib. O, Uels yığmasında 78 oyunda 19 qol vurub.
Mütəxəssis sonuncu dəfə “Bernli” klubunda köməkçi məşqçi olub.