“Liverpul”un sabiq futbolçusu Salahın qalmasını istəyir

“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard açıqlama verib.

Futbolpress.az xəbər verir ki, hazırda “Əl İttifaq”a rəhbərlik edən mütəxəssis “qırmızılar”ın hücumçusu Məhəmməd Salahla bağlı fikirlərini bölüşüb:

“Ümid edirəm ki, onu daha bir neçə il “Liverpul”da görərik. Peşəkar oyunçudur və uzun müddət yüksək formada qala bilər. Buna görə ümid edirəm ki, “Liverpul”da ayrılmaz”.

Salahın sözləşməsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 13 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.