“Liverpul”un müdafiəçisi “Real”a keçə bilər

“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold karyerasını “Real”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. “Kral klubu”nun nümayəndələri artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. “Real” Trenti bu yay sıralarına cəlb etmək istəyir.

Arnold özü də Madrid klubunda oynamağa müsbət yanaşır.

Müdafiəçi “Liverpul”un yetirməsidir. O, bu komandada 329 oyunda 23 qol vurub, 85 məhsuldar ötürmə edib.