“Liverpul”un müdafiəçisi “Mançester Siti” ilə oyunu buraxacaq

“Liverpul” Premyer Liqanın XIII turunda sabah “Mançester Siti” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın müdafiəçisi İbrahim Konate görüşü buraxacaq. Bu barədə müdafiəçinin özü açıqlama verib.

Çempionlar Liqasında “Real”la oyunda (2:0) zədə alan müdafiəçi bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Sabah keçiriləcək “Liverpul” – “Mançester Siti” oyunu saat 20:00-da start götürəcək.