“Liverpul”un hücumçusu “Arsenal”la oyunu buraxacaq

“Liverpul” İngiltərə Premyer Liqasının IX turunda “Arsenal”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın futbolçusu Dieqo Jota “topçular”la matçda oynamayacaq. Bu barədə komandanın baş məşqçisi Arne Slot yerli mətbuata açıqlamasında deyib.

Jota zədəsi səbəbindən görüşü buraxacaq.

Oktyabrın 27-də keçiriləcək “Arsenal” – “Liverpul” oyununa saat 20:30-da start veriləcək.