“Liverpul” “Benfika”nın və Türkiyə millisinin futbolçusu Orkun Kökçü ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Liverpool Echo” portalı məlumat yayıb. İngiltərə klubu uzun müddətdir izlədiyi yarımmüdafiəçini qış fasiləsində heyətinə cəlb etmək istəyir.
Orkunun sərbəstqalma məbləği 150 milyon avrodur. “Liverpul” türkiyəli yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır.
Kökçü bu mövsüm “Benfika”da15 oyunda 4 qol vurub, 3məhsuldar ötürmə edib.