“Liverpul”un müdafiəçisi İbrahima Konate Çempionlar Liqasında “Real”la oyunda (2:0) dizindən zədə alıb.
Futbolpress.az xəbər verir ki, zədə, Madrid “Real”ının hücumçusu Endriklə toqquşmadan sonra baş verib və Konate meydanı tərk etmək məcburiyyətində qalıb. Bu səbəbdən fransız futbolçu 5-6 həftəlik sıradan çıxıb. Onun yanvarın əvvəlində qayıtması gözlənilir.
Bu mövsüm Konate keçirdiyi 18 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.