“Liverpul”un futbolçusu “Real”a keçə bilər

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” ingiltərəli müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Madrid klubunun nümayəndələri yaxın zamanda müdafiəçinin agenti ilə danışıqlara başlayacaq.

Trentin “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 35 oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə edib.