“Liverpul”un futbolçusu “Real”a “hə” dedi

“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Real”a keçəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə Trentin mövsümün sonunda “Kral klubu”na transfer olunacağı bildirilib. Tərəflər arasında razılıq əldə edilib.

İngilis müdafiəçi “Liverpul”la sözləşməsini uzatmayacaq və azad agent kimi İspaniya klubuna qoşulacaq.

Mersisayd təmsilçisinin yetirməsi olan Trent 2016-cı ildən əsas komandada çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.