“Liverpul”un müdafiəçisi Endryu Robertson Şotlandiya millisində rekorda imza atıb.
Futbolpress.az xəbər verir ki, o, Finlandiya ilə yoldaşlıq görüşündə 49-cu dəfə kapitan kimi meydana çıxıb. Endryu sarğını ən çox daşıyan oyunçu adını qazanıb.
Bundan əvvəlki rekordçu isə Corc Yanq idi. O, millidə 48 dəfə kapitanlıq sarğısında olub.
Şotlandiya millisi Avro-2024-ün A qrupunda Almaniya, İsveçrə və Macarıstanla qarşılaşacaq.