“Liverpul” Premyer Liqanın VIII turunda “Çelsi”ni məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, “qırmızılar” baş məşqçi Arne Slotun rəhbərliyi altında bu mövsüm 11-ci oyunda 10-cu qələbəsini qazanıb.
Niderlandlı mütəxəssis 10 qələbəyə ən tez çatan ikinci məşqçi olub. Birinci isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladır. O, 10 matçda 10 qələbə qazanmağı bacarıb.