“Liverpul”un baş məşqçisi “Çelsi”ni təriflədi

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada sabah “Çelsi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini bildirib:

“Turnir cədvəlinə baxsanız, “Çelsi” bizim üçün ən çətin rəqibdir. Komandanı gücləndirmək üçün çoxlu pul xərcləyiblər. Bilirəm ki, yaxşı nəticələr də qazanacaqlar. Bizim üçün vacib görüşdür. Müdafiədə diqqətli olmalı, hücumda şanslardan yararlanmalıyıq”.

“Liverpul” – “Çelsi” oyunu 19:30-da start götürəcək.