“Liverpul”un əsas qapıçısı klubu tərk edə bilər

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” “Liverpul”un qapıçısı Alisson Bekkeri transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Braziliyalı qolkiper Riyad təmsilçisinin transferdə əsas hədəfidir.

Alissonun keçidi baş tutmazsa, B planı “Yuventus”un qolkiperi Voyçex Şensnıdir.

Bekkerin “Liverpul”la sözləşməsi 2027-ci ilin yayına qədərdir.