Niderland millisinin müdafiəçisi Vircil van Dayk “Liverul” ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzadacaq.
Futbolpress.az xəbər verir ki, klub və futbolçu prinsipial razılığa gəlib. Müqavilə yaxın vaxtlarda rəsmi olaraq imzalanacaq.
Xatırladaq ki, Van Deyk 2018-ci ilin yanvarında “Sauthempton”dan “Liverpul”a keçmişdi. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Bu mövsüm 33 yaşlı mərkəz müdafiəçisi Premyer Liqada 16 matçda, Çempionlar Liqasında isə 6 matçda meydana çıxıb. “Transfermarkt” portalı “Liverpul”un kapitanını 28 milyon avroya qiymətləndirir.