“Liverpul”la oyundan öncə şübhə

“Mançester Siti” İngiltərə Premyer Liqasının XXVI turunda “Liverpul”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in hücumçusu Erlinq Haaland bu matçı buraxa bilər. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat yayıb:

“Haalandın durumu hələlik qeyri-müəyyəndir. Sabah oynamaya bilər. İndiki məqamda dəqiq nəsə yoxdur”.

Sabah keçiriləcək “Mançester Siti” – “Liverpul” oyunu saat 20:30-da başlayacaq.